Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-14 13:45:00
Ukraynada dərslər qismən bərpa olundu 

 

Bu gün Ukraynanın əksər vilayətlərində məcburi məzuniyyətdən sonra tədris prosesi bərpa olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet məlumat verib.

 

Nazir bildirib ki, vilayətlərdə fəaliyyət göstərən hərbi idarələrin təhsil və elm şöbələrinin məlumatına görə, 13 vilayətdə təlimlərə başlanılıb.

 

Tədris forması regionun təhlükəsizlik vəziyyətindən asılıdır

 

Tədris prosesinin forması ayrılıqda hər bir regionun, ərazi icmasının təhlükəsizlik vəziyyətindən asılıdır və bu, hərbi idarə ilə razılaşdırılmalıdır. 8 rayonun bir hissəsində tədris prosesinə başlanılıb, bir hissəsində isə tətillər davam edir. Təhlükəsizlik vəziyyətinin imkan vermədiyi 4 bölgədə proses dayandırılıb. Distant təhsil üçün təhsilalanlar və müəllimlər milli elektron platformadan istifadə edə bilərlər. Platforma 5-11-ci sinif şagirdləri üçün bütün məktəb fənləri üzrə dərsləri ehtiva edir və həmişə aktivdir.

 

Ölkədən təxliyə olunan məktəblilər də platformadan istifadə edə biləcəklər

 

Həmçinin platformanın Ukraynadan kənarda və dünyanın 120-dən çox ölkəsində istifadə olunması vacibdir. Beləliklə, Ukraynadan müvəqqəti təxliyə edilən uşaqlar bundan istifadə edib Ukraynanın təhsil proqramlarına uyğun olaraq təhsillərini davam etdirə bilərlər. Bundan əlavə, Ukraynanın Təhsil və Elm Nazirliyi, Google Ukrayna ilə birlikdə ümumi onlayn cədvəli də təqdim edir.

 

İnternetə çıxış problemi olan şagirdlər üçün yeni layihə fəaliyyətə başlayıb

 

Bu gün həmçinin Ukraynanın Təhsil və Elm Nazirliyinin, Mədəniyyət və İnformasiya Siyasətinin, Ukraynanın PLUSPLUS, Pixel və Public telekanallarının, eləcə də MEGOGO onlayn televiziya platformalarının birgə layihəsi olan “Sərhədsiz öyrənmə” təhsil layihəsinə start verilib. Layihədə keyfiyyətsiz rabitə və internetə çıxış problemi olan rayonlarda qalan 5-11-ci sinif şagirdləri üçün video dərslərin yayımını nəzərdə tutulur.