Azedu.az

DİM: 13 nəfər TOEFL iBT imtahanı verib

Dövlət İmtahan Mərkəzi

21 Fevral 2022, 10:36
DİM: 13 nəfər TOEFL iBT imtahanı verib

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Mərkəzin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında keçirilən imtahanda 13 nəfər iştirak edib.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.

 

İştirakçılar imtahanın nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının martın 5-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox