Azedu.az

İnformatika fənni üzrə işçi qrupunun iclası keçirilib

8 Fevral 2022, 09:48
İnformatika fənni üzrə işçi qrupunun iclası keçirilib

Dövlət İmtahan Mərkəzində 7 fevral 2022-ci il tarixində İnformatika fənni üzrə işçi qrupunun iclası keçirilib

 
AzEdu.az xəbər verir ki, gündəlik məsələ hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinin “İnformasiya və informasiya prosesləri” bölməsinin müzakirəsinin davamı olub.

 

İclasda həm nəzəri hissənin, həm də həmin hissəyə aid olan mövzulara dair tapşırıqların müzakirəsi aparılıb.

 

Müzakirələr zamanı nəzəri materialın müvafiq fənn kurikulumunun təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət yetirilib, bildirilmiş fikir və təkliflər nəzərə alınıb.

 

İşçi qrupunun növbəti iclası 14 fevral 2022-ci il tarixində olacaq.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox