Azedu.az

Özünü yandıran universitet müəllimi xəstəxanada ölüb

Ali təhsil

Müəllimlər və elm adamları

10 Avqust 2018, 17:30
Özünü yandıran universitet müəllimi xəstəxanada ölüb

Samux rayonunda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb.

AzEdu.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Samux rayonun  Qovlarsarı kənd sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

H.Yusifovun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox