Azedu.az

“Buraxılış attestat imtahanı deyil” – DİM rəsmisi

Dövlət İmtahan Mərkəzi

25 Yanvar 2022, 17:41
“Buraxılış attestat imtahanı deyil” – DİM rəsmisi

“Buraxılış imtahanı attestat imtahanı demək deyil. Attestat yekunda məktəbdaxili qiymətləndirmə əsasında yazılır”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyib.

 

Onun sözlərinə görə, hazırlıq səviyyəsini yoxlamaq üçün sadə, orta və çətin tapşırıqlar olur:
 

“Bu il buraxılış imtahanları mart ayında olacaq. Şagirdlərdə artıq əsas riyazi bacarıqlar formalaşıb. Onlar bir müddət əvvəl IX sinif buraxılış imtahanı verib, amma pandemiya ilə əlaqədar bu imtahanları rahat şəkildə keçirmək, alt standartların tam yoxlanılması mümkün olmadı. Ona görə bu imtahanda V sinifdən XI sinfə qədər alt standartlar yoxlanılacaq”. 

 

Modern.az

TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var
Son xəbərlərDaha çox