Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumat yayıb.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu AzEdu.az-a bildirib ki, rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub.
Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.
O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya"ya məktubla müraciət edilib.