Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-17 15:51:00
Döyülən bağça uşağı, bıçaqlanan şagird, cəzalanan müəllim-Təhsil icmalı  

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  10-16 yanvar tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Bakıda şagirdləri döyən direktora şiddətli töhmət verilib:

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

 

Şagird yerdəyişməsi müvəqqəti dayandırılıb:

 

 

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.

 

 

Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.

 

 

Bağçada azyaşlını döyən tərbiyəçi işdən çıxarılıb:

 

 

İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.

 

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

 

Bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu gündən ləğv edilib.

 

 

Buraxılış imtahanlarının dəqiq tarixi bu ay elan olunacaq:

 

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.

 

 

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

 

Qeyd olunub ki, bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq: "Abituriyentlər və kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir".

 

 

İnformatika fənni üzrə yeni imtahan modeli hazırlanıb, yaxın günlərdə açıqlanacaq:

 

 

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

 

 

Mərkəzdən verilən məlumata görə, gündəlik məsələ informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinin müzakirəsi olub.

 

 

DİM sədri buraxılış imtahanlarının tədris ili başa çatmadan keçirilməsinə aydınlıq gətirib:

 

 

"Bu dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb".

 

 

Bu barədə DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətində bildirilib.

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları