Azedu.az

Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 40-dək namizəd uğur qazanıb  

8 Yanvar 2022, 17:12
Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 40-dək namizəd uğur qazanıb  

12 dövlət orqanında mövcud olan 54 vakant vəzifə üzrə ötən il dekabrın 17-dən başlanan ümumi müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsahibədə iştirak etmək üçün 131 nəfər qeydiyyatdan keçib. Bu gün saat 14:25-ə olan məlumata görə, müsahibədə uğur qazanmış 39 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibələrin yanvarın 17-dək keçirilməsi planlaşdırılır.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox