http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-08 16:30:00
“Tələbənin borcu var, gətirib ödəsin” - Kafedra müdrindən açıqlama  

“Bunu böyütməyə ehtiyac yoxdur, heç bir şey olmayıb. Tələbənin borcu var, gətirib ödəsin”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Kulis.az-a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru kafedrasının müdiri Gülşad Baxşıyeva universitetdə təhsil haqqı borcu olan tələbələrin adlarının açıq şəkildə nümayiş etdirildiyi barədə xəbərə münasibətində deyib.

 

“Mən xəstələnmişdim, təzyiqim qalxmışdı. Bir də gördüm, bütün kanallar zəng edirlər ki, Gülşad xanım, bu mövzuda fikir bildirin. Mən də dedim ki, vəziyyətim yaxşı deyil, ölürəm, bir dənə tabutum çatışmır. Daha sonra danışaram. Onlar da götürüb mənim dilimdən yazdılar. Xəbəri görəndə bütün dost-tanış, qohum əqrəba şok keçirdik. Ona görə də mən sizə heç nə danışmaq istəmirəm.

 

Bunu böyütməyə ehtiyac yoxdur. Heç bir şey olmayıb. Tələbənin borcu var, gətirsin ödəsin. Qurtardı, getdi. Bu, universitet daxilində baş verən şeydir. Açığı, mən iki gündür işə çıxıram. Bu söhbətlərdən xəbərim yoxdur. Mən görməmişəm belə bir şey. Sizin fikirlərinizə əsasən deyirəm.

 

Burda nə var ki? Tələbə ödənişini ödəməlidir. Bir ay möhlət verərsən, iki ay verərsən, üç ay verərsən, lap bir il. Mən sizə sual verirəm. Belə şey olar ki, tələbə ödənişini ödəməsin? Neynəməlidir? Valideyninə də deyirik, kursun rəhbərinə də deyirik. Gətirib ödəmirlər. Sərt şəkildə bizə qarşı çıxırlar ki, “ödəyərəm də!” Belə yanaşma düzgün deyil. Vaxtında pulunu ödəsəydilər, belə şeylər də olmazdı. Vəssalam”.