Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 12:31:00
Açılan məktəblər, təhsil müəssisənə hücum-Ötən həftəyə baxış

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 6-12 dekabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Koronavirusa görə bağlanan Məktəb-Lisey Kompleksi açılıb:

 

Bakıdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.

 

Bu barəd Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, təhsil ocağının kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

 

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".

 

“Yüksəliş” müsabiqəsi gələn il də keçiriləcək, 1 milyon manat ayrılıb:

 

Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Sərəncama əsasən, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

 

Ağsuda məktəb koronavirusa görə bağlanıb:

 

Ağsuda müəllim və şagirdlərdə COVID-19 aşkarlanması səbəbindən məktəb distant təhsilə keçib.

 

Yuxarı Şirvan bürosuna Ağsu Rayon Gigiyena və Epidimiologiya Mərkəzindən məlumat verilib.

 

Məlumatda bildirlib ki, Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbində Ağsu rayon Mərkəzin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

 

Bakının 202 nömrəli tam orta məktəbində əyani dərslər bərpa edilib:

 

Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

 

Respublika fənn olimpiadalarına elektron qeydiyyat başlayıb:

 

Dekabrın 10-dan Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir.

 

Təhsil Nazirliyindən  verilən məlumata görə, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

 

Azərbaycanda məktəbə hücum olub:

 

Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

 

Hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

 

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib. Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.

 

9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı bu model əsasında tərtib ediləcək:

 

9 illik buraxılış imtahanının hansı formada və neçə mərhələdə keçiriləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Tarixlər DİM tərəfindən ilin əvvəlində açıqlanacaq.

 

Məktəblilərin narkotik istifadəçisi olması əsassızdır:

 

"Məktəblilər və tələbələr arasında narkotik istifadəçiləri olması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Bunu qəsdən yayırlar ki, çəmiyyətdə çaşqınlıq yaransın".

 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat verib.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları