Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 14:20:00
AQTA monitorinq keçirdi, 205 bağçada 1236 nöqsan AŞKARLANDI

 

Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamaların nəticələrini açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə AQTA-nın mətbuat katibi Aysel Fərziyeva məlumat verib.

 

Bildirilib ki, oktyabrın 4-dən başlayaraq Agentlik tərəfindən Bakı şəhəri və regionlarda yerləşən 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirilib.

 

Monitorinqlər zamanı 205 bağçada 1236 nöqsan aşkar edilib. Bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.