https://modern.az/ http://www.position.az/
2021-11-27 15:28:00
Növbəti TOEFL iBT imtahanı keçirilib  

Noyabrın 27-də Dövlət İmtahan Mərkəzinin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında TOEFL iBT imtahanı keçirilib. Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan verənlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

Mərkəzdən AzEdu.az -a bildirilib ki, imtahanda 5 nəfər iştirak edib. Onlar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının dekabrın 11-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.