Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-28 11:57:00
"Ali təhsil məzunlarının bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac var" - Ədalət Muradov 
 
"İşəgötürənlər tərəfindən hazırda daha çox tələb olunan kompetensiyalardır. Kompetensiya ümumi və qısa desək, bu və ya digər işin görülməsi bacarığıdır".
 
AzEdu.az xəbər verir, bunu UNEC-in rektoru Ədalət Muradov feysbuk səhifəsində yazıb 
 
 
O qeyd edib ki, "işəgötürən üçün vacib olan iddiaçının diplomu yox, onun işləmək bacarığıdır. Bu baxımdan bu gün məzunlara verilən diplom həmin bacarıqların göstəricisi deyil. Ona görə də düşünürük ki, gələcəkdə ali təhsil məzunlarının bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac var. Bu sənəd qeyri-akademik transkript ola bilər. Məzunlarda həmin bacarıqların qiymətləndirilməsi üçün əsas meyarların işəgötürənlərlə birgə hazırlanmasını məqsədəuyğun hesab edirik. Bacarıqların formalaşdırılması forma və metodlarının universitetlərin müstəsna səlahiyyətində saxlanımasının vacibliyini qəbul edirik".