Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-22 14:56:00
 “Məktəb direktorları bəzən vakant yerləri qohum və tanışlarına ayırırlar”-MİQ problemi

 

 

 

 

“Boş qalan vacant yerlər digər fənn müəllimlərinin saatına əlavə edilir. Bu halda onların dərs yükü çoxalır. Müəllimlər bu dərs saatlarının çoxluğundan əldə etdiyi nəvacibin bir hissəsini də direktora verirlər”. 

 

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhmən Məmmədov deyib.

 

 

Belə ki, MİQ müsabiqəsi başa çatsa da, onunla bağlı müzakirələr hələ də davam edir. Bir çox müəllimlər vakant yerlərin gizlədildiyini iddia edir.

 

 

Bəhmən müəllim məsələnin hansı səbəbdən qaynaqlandığını diqqətə çatdırıb:

 

 

“Direktorların vakant yerləri gizlətməsinin səbəbləri çoxdur. Ola bilsin ki, onun qohumu və tanışı müəllimdir. Direktor da həmin vakant yerləri onlara ayırır. Həmçinin, boş qalan yerlər digər fənn müəllimlərinin saatına əlavə edilir. Bu halda onların dərs yükü çoxalır. Müəllimlər bu dərs saatlarının çoxluğundan əldə etdiyi nəvacibin bir hissəsini də direktora verirlər. 

 

 

Bu məsələlərin qarşısını almaq üçün şəffaflıq olduqca önəmlidir. “Məktəblinin dostu”na daha çox səlahiyyət verilməlidi. Onlar şagird, müəllim və dərs yükü saatlarını hesablamalı, statistik göstəriciləri əldə etməlidir. Təhsil Nazirliyi bu məlumatları əldə edərək müqayisə aparmalıdır. Ancaq araşdırma aparılaraq bu işin öhtəsindən gəlmək olar. 

 

 

Müəllimin həftəlik dərs yükü 18 saat olmalıdır. Ondan çox dərs saatı olduqda istər-istəməz onun da enerjisi qalmayacaq. Müəllimin dərs yükünü sabit saxlamaq, maaşını isə artırmaq lazımdır”. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları