Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-07 10:00:00
Kanadada dövlət qulluqçuları məcburi peyvənd olunacaq  

Kanada federal hakimiyyətinin işçiləri, polis , hərbi personal, dəmir yolu və hava yolu ilə yerli səyahət edənlərin yaxın iki ay ərzində COVID-19-a qarşı peyvənd olunması tələb olunur.

 Bu barədə Qərb KİV-ləri məlumat yayıb.

Kanadanın Baş nazir müavini Xristya Friland bildirib ki, bu məsuliyyətli, praktik və sərt addımlar kanadalıları qoruyacaq, səhiyyə sistemimizin həddindən artıq yüklənməsinin qarşısını alacaq, uşaqlara məktəbə davamlı şəkildə getməsinə imkan verəcək və ölkə iqtisadiyyatının bərpasını sürətləndirəcək.