Bu il sentyabrın 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
AzEdu.az xəbər verir ki, konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada təşkil olunacaq. Konfransa məqalə və tezislərin qəbulu davam edir. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.
Konfransda:
*
Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq [email protected] elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.
Tərtibat qaydası:
*
Məqalə mətnlərində göstərilən bölmələrin olması vacibdir:
- Problemin qoyuluşu (yaxud Giriş);
- Təhlil və qiymətləndirmə;
- Nəticə və təkliflər.
Əlavə məlumat üçün: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)