Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 12:16:00
“Əvvəl elə bildim, sual  yanlış verilib, sonra gördüm ki...” - Ən yüksək bal toplayan müəllimin etirafı   

“Məncə, hədsiz aşağı bal toplayanlar ya universiteti yeni bitiriblər, ya da öz üzərilərində işləməyiblər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  müəllimlərinin işə qəbulu müsabiqəsində 60 bal toplayan riyaziyyat müəllimi Fidan Hacıyeva deyib. Qazandığı uğurun sirrini izah edən müəllim özündən belə nəticə gözləmədiyini qeyd edib: 

“Özümdən yüksək  nəticə gözləyirdim, amma daha bu qədər də yox.  İmtahandan öncə 57-58 bal toplayacağımı düşünürdüm. Ümumiyyətlə, 55 bal yüksək nəticə göstərəcəyimi bilirdim.

Mən 8 ildir, işləyirəm. İllərdir, öz ixtisasımla məşğulam. Hazırlaşanda da yalnız məntiq və metodikaya vaxt ayırmışdım. İxtisasımı onsuz da bilirdim. Əsas olanı öz üzərində işləməkdir”.

O, işə qəbul imtahanlarında bəzi müəllimlərin topladığı hədsiz aşağı nəticələrin səbəbini izah edib:

“Məncə, hədsiz aşağı bal toplayanlar ya universiteti yeni bitiriblər, ya da öz üzərilərində işləməyiblər. Hazırlaşmadan sadəcə, imtahanın necə olduğunu görmək üçün iştirak edənlər də var”.

Fidan Hacıyeva sosial şəbəkələrdə  müəllimlərin sualların yanlış tərtib olunması ilə bağlı iradına da aydınlıq gətirib:

“İmtahana məntiqi bacarıq tələb edən  suallar salınmışdı. Onları dəqiqliklə düşünüb, tapmaq lazım idi. Mən yanlış tərtib olunan suala rast gəlmədim. Bircə sualın üstündə çox fikirləşməli oldum. Çünki orada cümlənin qoyuluşu fərqli idi. Əvvəlcə yanlış olduğunu düşündüm. Sonra gördüm ki, sual düzdür, sadəcə, həlli yolunu tapmaq lazım idi”.

Riyaziyyat müəlliminin sözlərinə görə imtahan sualları oqədər də çətin tərtib olunmayıb:

“Hansısa fəndə xüsusi çətinlik çəkmədim. Bütün fənlər üzrə suallar eyni formada idi.  Amma metodika və məntiqdən iki sualı sona saxlamışdım. Bu, o suallarda çətinlik çəkməyimlə bağlı idi.  Qalan bütün suallar normal səviyyədə idi, çox da çətin deyildi.

Gələcək fəaliyyətimə gəldikdə isə ən Göyçayda yaşadığıma görə elə orada işləməyi düşünürəm. Hazırda isə qonşu rayonlardan birində müəllimlik edirəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları