Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-21 10:00:00
MİQ-in müsahibə mərhələsindən keçməyə xoş təbəssüm də bəs edir-Məşhur təlimçidən vacib tövsiyələr

Avqustun 2-də MİQ müsabiqəsinin test mərhələsi yekunlaşacaq. Daha sonra müsahibə mərhələsinə start veriləcəyi nəzərdə tutulur. Namizədləri ən çox narahat edən məqamlardan biri də müsahibə mərhələsində veriləcək şifahi suallar və onların hansı şəkildə cavablandırılması ilə bağlıdır. AzEdu.az məşhur təlimçi Günel Əliyevanın Mediatürk tv-də yayımlanan “Bilim anı” proqramında müsahibə mərhələsini uğurlu keçməklə bağlı səsləndirdiyi vacib fikirləri təqdim edir:

 

“Müsahibə mərhələsindən uğurla keçməyə bəzən xoş təbəssüm də bəs edir. Müəllimlər əsl müəllim kimi-səliqəli, təmiz geyinməlidir. Müdavimlərin kobud davranışı özlərinə ziyan olacaq. Prosesə qatılmazdan əvvəl psixoloji hazırlıqlı olmaq vacibdir. Hətta bilmədiyin sual verilsə belə, xoş və düzgün münasibətlə müsahibədən uğurla keçə bilərsiniz”.

 

Daha ətraflı məlumatı videodan əldə edə bilərsiniz:

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları