Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-13 11:38:00
Rektor "Yüksəliş" birinciləri olan müəllimlərini təbrik etdi: "Bu, bütün ailənin uğurudur"

 

Bakı Ali Neft Məktəbinin müəllimləri Yüksəliş müsabiqəsinin qalibi olub.

 

AzEdu.az  xəbər verir ki, bu  münasibətlə Bakı  Ali  Neft  Məktəbinin  rektoru  Elmar  Qasımov  öz  sevincini  feysbukda  bölüşərək  müəllimləri  təbrik  edib:

 

“Möhtəşəm və sevincli xəbəri sizinlə bölüşürəm. Bu gün Müəllimllərimiz YÜKSƏLİŞ müsabiqəsinin qalibləri oldular.

 

Orxan Quliyev 1 -ci yerə, Ziya Mürsəlzadə 2-ci yerə, Güldənə  Hidayətli  isə  19 - cu yerə sahib oldular. 12000  iştirakçının  arasından 20- likdə yer tutmaq qürurvericidir. Bu bütün SOCAR ailəsinin və BANM ailəsinin sevinci, uğurudur.

 

Orxan müəllim Avtomatika mühəndisliyi ixtisasında ,  Ziya müəllim MBA-da dərs deyir. Güldənə xanım isə Kefiyyətə təminat şöbəsinin müdiridir. Eyni zamanda BANM məzunudur.

 

20 000 manat pul mükafatına sahib  və ölkəmizin kadr ehtiyatlarına daxil oldular.

BANM  Sizinlə Qürur Duyur.

 

Qalibləri ürəkdən təbrik edir, bağrıma basıram.

Eşq olsun sizlərə..

Allah sizi qorusun.”

 

Fidan  Ali