Azedu.az

Venera necə cəhənnəmə çevrilib? - Qırmızı planetdə YENİ MİSSİYA

Maraqlı

8 İyun 2021, 11:45
Venera necə cəhənnəmə çevrilib? - Qırmızı planetdə YENİ MİSSİYA

NASA onilliklər boyu başqa planetləri araşdırdıqdan sonra Yer kürəsinə ən yaxın, lakin bəlkə də ən az araşdırılan və qiymətləndirilən qonşumuz olan qırmızı-isti Veneraya qayıdır.


AzEdu.az Teleqraf.com
-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “SBS” kanalı məlumat yayıb.


ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yeni rəhbəri Bill Nelson Günəş sisteminin ən isti planetinə iki yeni uçuş həyata keçirildiyini açıqlayıb:


"Bu iki missiya Veneranın səthindəki qurğuşunu əritməyə qadir cəhənnəm dünyasına necə çevrildiyini anlamağı hədəfləyir”.


“DaVinci Plus” adını daşıyan missiya Veneranın buludlu atmosferini analiz edərək planetin bir okeana sahib olub-olmadığını və yaşana biləcək yerin olub-olmadığını müəyyən edəcək. Kosmik aparat qazların təzyiqini ölçmək üçün Veneranın atmosferində dolaşacaq.


“Veritas” adlı başqa bir missiya planetin səhtini xəritələşdirərək geoloji yaşını müəyyən etməyə çalışacaq. Bu, ABŞ-ın 1978-ci ildən bəri Veneraya göndərəcəyi ilk missiya olacaq.

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox