Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 11:12:00
“İnsan hüquqlarına hörmət uşaqlara münasibətdən başlayır”-Nadir İsrafilov

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Məlum olduğu kimi, l1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyası qəbul edildi. Bu konvensiya uşaqların hüquqlarının qorunması sahəsində ən mükəmməl beynəlxalq sənəddir. Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan da bu ölkələr sırasındadır.

Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Dövlətimiz bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hər cür şərait yaradır.

1993-cü ildən sonra sözügedən sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatların aparılmasında da özünü göstərib. Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları da məhz 90-cı illərin ikinci yarısında qəbul olunub. Həmin vaxtlardan sonra ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır.

 

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır." Prezident İlham Əliyev də uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir.

Onu da xatırlatmaq yerinə düşər ki, sabiq Təhsil nazirimiz Mikayıl Cabbarovun YUNESKO-nun Baş Konfransının 38-ci  sessiyası çərçivəsində, təhsil nazirlərinin yüksək səviyyəli görüşündə təhsilin nə dərəcədə əhəmiyyət kəsb etdiyini, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdıran “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ fikrinin YUNESKO-nun  “Tvitter” səhifəsində paylaşılmasıdı.

 

İcma əsaslı qrupların yaradılması, məktəbəqədər hazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi, yeni tədris ilindən məktəblərdə günüuzadılmış qrupların yaradılması, pandemiya dövründə yaranmış boşluqları bərpa etmək üçün ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəblərinin təşkil edilməsi, Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən "Biz Zəfərin övladlarıyıq" adlı tədbirə 50-ə yaxın şəhid övladının qatılması  və digər təşəbbüslər təhsil siyasətimizdə uşaqlara nə dərəcədə önəm verilməsinin bariz nümunəsidir.

 

Nadir İsrafilov-Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini