Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-26 11:05:00
Beş mindən çox müəllim müddətsiz müqavilə ilə çalışmaq imkanı qazanıb  

Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində uğur qazanaraq müddətsiz müqavilə əsasında işə qəbul edilən namizədlərin məlumatlarının statistik təhlilini aparıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, statistik göstəricilərə əsasən, 2020-2021-ci tədris ilində 5345 namizəd müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində uğur qazanaraq işlədikləri ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib. Uğur qazanan namizədlərin orta yaşı 28-dir.