https://www.zirve.edu.az/ #
2021-05-15 15:59:00
Abituriyentləri zəfər tariximizlə bağlı sınağa çəkəcək toplu NƏŞR OLUNDU

Bildiyimiz kimi yaxın aylarda ali məktəblərə qəbul imtahanı keçiriləcək. Bu il imtahanlarda Tarix fənnindən 44 günlük Qarabağ müharibəsinə də aid testlər salınacaq.

AzEdu.az xəbər verir ki, ZƏFƏR TARİXİMİZLƏ bağlı abituriyentlərin özlərini sınamağı üçün Respublikada ilk Test toplusu nəşr olunub. TEST TOPLUSUNUN müəllifi Abşeron rayon Ceyranbatan qəsəbə 1 saylı tam orta məkəbin tarix müəllimi Cahid İmanovdur.

Xatırladaq ki, müəllif 2018-ci ildə kurikulum kitabları əsasında respublikada yenə də ilk dəfə olaraq 11- ci sinifə aid Test toplusu nəşr etdirərək abituriyent və müəllimlərə metodiki köməklik edib. Daha sonra Azərbaycan və Ümumi tarixdən 6-11- ci sinifləri əhatə edən ilk Test toplusu nəşr etdirən müəllif yenə də bir ilkə imza atıb.

Müəllif Zəfər tariximizi əhatə edən Test Toplusunda müharibə iştirakçısı olan qəhrəmanlarımızın şəkillərini verərək test tərtib etməklə yenə də bir ilkə imza atmışdır.

 

Belə ki, abituriyentlər test yazmaq üçün Vətən müharibəsi qəhrəmanlarını şəkilə əsasən tanıyıb cavablandırmalıdırlar. Müəllifə bundan sonrakı işlərində də uğurlar arzu edirik.