Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-15 11:24:00
Bu namizədlərə yerdəyişmədə ÜSTÜNLÜK veriləcək  

Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start veriləcək. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

 

 

Vakansiyalara yerləşdirilmə zamanı Müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. 

 

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya Diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişlərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

 

 

Qeyd edək ki, müsabiqə zamanı "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları"nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları