Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-09 13:00:00
"Bir  abituriyentin 300 bal toplaması təhsilin zəifliyi demək deyil"- Ekspertdən etiraz

11-ci siniflər üçün təşkil olunan buraxılış imtahanları yekunlaşıb və 15-16 apreldə keçirilən imtahanların nəticələri DİM tərəfindən elan olunub. Nəticələrə əsasən, məlum oldu ki, cəmi 1 abituriyent maksumum bal(300) toplaya bildi. Təhsil ekspertləri abituriyentlərin nəticələrini necə dəyərləndirir? Nəticələri qənaətbəxş hesab etmək olarmı? AzEdu.az təhsil ekspertlərinin fikirlərini təqdim edir:

 

 

Pandemiya dönəmində şagirdlərin buraxılış imtahanından əldə etdiyi nəticəni yüksək dəyərləndirmək olar. Qeyd edim ki, ötən il hələ koronavirusun ölkəmizdə ilk yayıldığı vaxtların təlaşına baxmayaraq, Zəfər kurslarında hazırlıq keçən şagirdimiz buraxılış imtahanında 300 bal toplayıb. Ötən illə müqayisədə bu il ümumilikdə nəticələr daha yüksək olacaq”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında Təhsil və qəbul məsələləri ürə ekspert Sevinc Purkeştasib bildirib. O, imtahan zamanı yaşanan proseslərdən də danışdı:

 

“Bu il sualların çətinlik səviyyəsi nisbətən artırılıb. Buna baxmayaraq, 250-dən yuxarı bal toplayan xeyli abituriyentimiz var. Bəzi imtahan mərkəzlərində dinləmə mətnləriylə bağlı problemlər də yaşanıb. Bunlar ümumi qeyd edilən mövzudur. Yekun nəticəni isə imtahanlar təmamilə yekunlaşdıqdan sonra danışmaq olar. Yəni, 300 bal toplayan sadəcə 1 abituriyent olsa da, bu, ümumilikdə təhsilin zəifliyinə dəlalət etmir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları