Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 10:23:00
Rusiyada müəllim birinci sinif şagirdinin alnına iki yazdı: İşdən qovulacaq

Başqırdıstanda müəllim birinci sinif şagirdinin alnına iki qiyməti yazıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə proufu.ru portalı yazıb.

 

Hadisə Kumertau şəhərindəki 5 nömrəli məktəbdə baş verib. Qızın anası nəşrə bildirib ki, uşaq rəsm dərsində sinif yoldaşları ilə söhbət etdiyi üçün müəllim intizam qaydalarını pozmasına görə ona iki qiyməti yazmaq istəyib. Əvvəlcə müəllim alboma qiyməti yazmaq istəsə də, uşaq rəsm albomunun olmadığını bildirib. Bu zaman müəllim qiyməti uşağın alnına yazıb.

 

Hadisə ilə bağlı danışan məktəbin direktoru bildirib ki, azyaşlının anası ilə görüşəcək, bu əməli törədən müəllim isə çox güman ki, işdən çıxarılacaq.