Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 15:06:00
Müəllimlərə aparacağı tədqiqatlara görə əlavə vəsait verilə bilər  

 

 

Ali  məktəblərdə  çalışan  müəllimlərə  dünyanın  bir  çox  ölkələrində  olduğu  kimi  tədris  yükü  ilə  yanaşı  tədqiqata  görə  də  vəsaitin  verilməsi  ilə  bağlı  aidiyyəti  üzrə  müracət  edilb.

 

AzEdu.az   xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  bildirilib.

 

Hesabatda  qeyd  edilib  ki,  elmi  tədqiqat  işi  ali  təhsil  müəssisələrində  müəllimlərin  əməhaqqına  təsir  edən  amillərdən  biridir.

 

Eyni  zamanda  aparılan  elmi  tədqiqat  işlərinin  nəticələri  professor – müəllim  heyətinin  müəyyən  vəzifələrə  seçkisi  və  təyin  olunması   zamanı  da  nəzərə  alınır.

 

“Bu  məqsədlə  hər  sahə  üzrə  bir  ali  məktəbin  tədqiqat  universitetinə  çevrilməsinə  maliyyə  vəsaitinin  ayrılması  məqsədəmüvafiq  olardı” – deyə  hesabatda  bildirilib.

 

Qeyd  edək  ki,  2014-cü  ildən  başlayaraq  elmi  tədqiqat  işləri  ilə  bağlı  ali  təhsil  müəssisələriüzrə  nəzərdə  tutulan  xərclər  dövlət  büdcəsindən  çıxarılaraq  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişafı  Fondu  üzrə  xərclərdə  nəzərdə  tutulub.