
Tələbələrin təhsil aldıqları müddətdə müəyyən səbəblərə görə akademik məzuniyyət götürmək hüququ var.
Bəs tələbələr hansı hallarda və neçə müddətlik akademik məzuniyyətdən yararlana bilər?
AzEdu.az bununla bağlı qaydaları təqdim edir:
-müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;
-ailə vəziyyətinə görə - 2 il müddətinədək;
-səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
-sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;
-müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər.O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə köçürülmə ilə bağlı qaydaların müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər.
Qeyd edək ki, hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.
kitabı







