Azedu.az

AzTU tələbəsi Türkiyədə keçirilən forumda iştirak hüququ qazanıb - FOTO

Ali təhsil

23 Fevral 2021, 15:49
AzTU tələbəsi Türkiyədə keçirilən forumda iştirak hüququ qazanıb - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin lV kurs tələbəsi, eyni zamanda Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının universitet üzrə icraçı koordinatoru Sevinc Novruzzadə Türkiyədə keçirilən “9. Hukuk Ögrencileri Forumu”nda iştirak hüququ qazanıb.

 

AzEdu.az xəbər verir ki, 22-28 fevral tarixlərində keçiriləcək forumda internet və sosial media hüququ, intellektual və sənaye mülkiyyəti hüququ, moda hüququ, Türkiyədə hakimlik peşəsi,  hüquq texnologiyaları və innovasiyalar və digər mövzularda məruzələr səsləndiriləcək.

 

Forumun sonunda hər bir iştirakçıya sertifikat təqdim olunacaq.

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox