Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-20 11:00:00
Məktəblər hansı halda bağlanacaq? - "Bu qədər yoluxma olarsa..."
Xəbər verdiyimiz kimi, Bakı məktəblərindən birində 3 nəfərin koronavirusa yoluxması səbəbi ilə təhsil müəssisəsi 14 günlük qapanıb.
 
Bu isə öz növbəsində bəzi valideynlərdə və məktəblilərdə yenidən tam distant təhsilə keçidlə bağlı narahatlıq yaradıb.
 
 
Maraqlıdır, bir məktəbdə neçə nəfərin koronavirusa yoluxması həyəcan siqnalına əsas verir? Yəni hansı halda məktəb distant təhsilə keçid etməlidir?
 
Məsələ ilə bağlı  danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev hazırkı durumun onlayn təhsilə keçidə səbəb olmayacağını bildirib:
 
"Bir məktəbdən 3-5 nəfərin koronavirusa yoluxması təhlükəli deyil. Təhsil müəssisəsində 10 nəfər virusa yoluxarsa bu halda tədbir görülməli, məktəb qapanmalıdır. Yoluxanların isə məktəbli, yaxud işçi heyətindən olmasının önəmi yoxdur, çünki istənilən şəxs yoluxdurucu hesab olunur.
 

Müşahidə edirəm ki, məktəblərdə koronavirusla əlaqədar yoxlanışlar zəif təşkil olunub. Düzdür, şagird və müəllim sayı çoxdur, bu baxımdan müəyyən qədər anlayıram ki, yoxlanış çətinləşir. Amma yenə də məktəbin girişində şərait yaradılmalıdır ki, hər kəs yoxlanışdan keçsin. Çünki gündəlik həyatımızın normala dönməsi üçün qaydalara riayət etməliyik. Bundan əvvəl də yoluxma artanda məhz məktəblər burada xüsusi rol oynamışdı, indi də elə hal yaşanmasa yaxşıdır".(sfera.az)