Azərbaycan Texniki Universitetində (AzTU) virtual “Açıq qapı” günləri davam edir. Universitetin budəfəki qonaqları Abşeron məktəbliləri olub.
AzEdu.az xəbər verir ki, görüşdə işdirak edən AzTU-nun əməkdaşları məktəblilərə universitetin fakültələri və ixtisasları, ikili diplom proqramları, tələbə həyatı, karyera imkanları və gənc tədqiqatçıların uğurlu layihələri haqqında məlumat verib.
Dörd saat davam edən görüşdə ümümulikdə 450 məktəbli iştirak edib və onların texniki ixtisaslara böyük maraqları olduğu müşahidə olunub.
Qeyd edək ki, "Açıq qapı" günləri həftə sonları Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri üçün mütəmadi olaraq keçiriləcək.