Azedu.az

MDU “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasında qalib seçilib - FOTO

Ali təhsil

3 Fevral 2021, 09:36
MDU “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasında qalib seçilib - FOTO

2021-ci ilin 1 fevral tarixində Mingəçevir Dövlət Universiteti (MDU) növbəti tarixi uğuruna imza atıb. Universitetin Tələbə Gənclər Təşkilatı, ilk dəfə olaraq, “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, bu barədə məlumat Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Dəmir Yumruq, Dəmir Gənclik” adlı onlayn tədbirdə elan edilib.

 

2020-ci il ərzindəki nümunəvi fəaliyyətinə və xüsusi fəallığına görə respublika üzrə qalib seçilmiş 5 təhsil müəssisəsinin tələbə təşkilatları sırasında MDU-nun Tələbə Gənclər Təşkilatının da yer alması universitetin tələbə və müəllim kollektivinin böyük sevincinə səbəb olub.

 

Eyni zamanda, MDU-nun Tələbə Gənclər Təşkilatının sədri Elmira Hüseynli ATGTİ-nin Fəxri Fərmanı ilə təltif edilib.

 

Qeyd edək ki, MDU-da tələbə gənclərin universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və Mingəçevir şəhərinin ictimai-siyasi həyatında aktiv iştirakına xüsusi diqqət yetirilir. Sevindirici haldır ki, MDU-nun gənc əməkdaşları, tələbə və məzunları 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, eləcə də COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində yüksək fəallıq nümayiş etdiriblər.

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox