Azedu.az

BANM-ın eyni sinifdən olan iki Prezident təqaüdçüsü

Ali təhsil

29 Yanvar 2021, 15:43
BANM-ın eyni sinifdən olan iki Prezident təqaüdçüsü

Bu il Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüləri arasında eyni məktəbin iki məzunu da var. Qadiyeva Günay və Tərişli Fidan Bakı şəhərində yerləşən “Zəngi” liseyini bitiriblər. Onların hər ikisi hazırda Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alırlar.

 

Universitetdən AzEdu.az-a verilən məlumata  görə, Qadiyeva Günay 685,1 balla, Tərişli Fidan isə 685,5 balla Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüblər.

 

Onlar həm sinif yoldaşı, həm də yaxın rəfiqədirlər.

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox