https://www.zirve.edu.az/
26.01.2021 16:34
Koronavirusun gözlənilməz fəsadı: Sağalan hər beş nəfərdən biri..

Rusiya Elmlər Akademiyasının akademiki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) direktoru Pyotr Qlıboçko koronavirusun gözlənilməz fəsadından danışıb.

TASS xəbər verir ki, həkim COVID-19-dan sağalan hər beş xəstədən birinin saç tökülməsindən şikayət etdiyini deyib.

 

Qalanları məlum fəsadlardır: yorğunluq, yuxu pozğunluğu, narahatlıq, nəfəs darlığı.

Mütəxəssis bildirib ki, yoluxanların 50-70 faizi qoxu və dadbilmə hissini itirir, sağaldıqdan sonra isə əksəriyyətdə bu hisslər bərpa olunur.