Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-22 12:12:00
1 fevraldan bu siniflərdə dərslər məktəblərdə başlayır - NAZİR AÇIQLADI
"2020-ci il təhsil baxımından qəliz il oldu. Sentyabrın 15-dən təhsil qismən bərpa olundu. Sentyabrın 27-dən isə müharibə şəraiti və koronavirus səbəbindən cəbhə xəttində yerləşən 1000-dən artıq məktəbdə tədris dayandırıldı".
 
AzEdu.az xəbər verir ki, bu fikirləri Emin Əmrullayev Təhsil nazirliyinin brifiqində deyib. O, tədirisin 1 fevraldan tədrisin qismən ənənəvi təşkilinin təsdiqləndiyini də vurğuladı:
 
“Son həftələrdə yoluxma aşağı düşüb. Tədrisin məktəblərdə bərpası təkcə Nazirliyin verəcəyi qərar deyil. Bunun üçün statistikalara baxıldı. 27 yanvar-1 fevral qış tətilidir. 1 fevraldan ölkə ərazisində ibtidai təhsil, icma əsaslı məktəbəqədər təhsil, məktəbə qədər hazırlıq qrupları həftədə 3 dəfə şəhərlərdə, kəndlərdə isə həftədə 4 və ya 5 dəfə ənənəvi dərslər keçiriləcək”.
 
 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları