https://www.zirve.edu.az/
21.01.2021 17:37
Peşə təhsili müəssisələrində də yarımillik summativ qiymətləndirmə aparılacaq

Peşə təhsili müəssisələrində də yarımillik summativ qiymətləndirmə aparılacaq.

AzEdu.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları ilə bağlı onlayn müzakirədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, summativ qiymətləndirmələrin yanvarın 27-nə qədər aparılması nəzərdə tutulub.