Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-09 10:15:00
AMEA-nın institutlarında yeni vəzifələr yaradıldı  

 

AMEA Rəyasət Heyətinin, o cümlədən elmi müəssisə və təşkilatlarının idarəetməsinin optimallaşdırılması üzrə müvafiq qərarlar qəbul olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında bildirilib.

 

Belə ki, institutlarda baş direktor və icraçı direktor, böyük və xüsusi məqsədli avadanlıqların mövcud olduğu müəssisələrdə baş mühəndis vəzifələrinin təsisi, eləcə də əldə olunan innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda çevik tətbiqinə nail olmaq üçün elmi müəssisələrin ştat cədvəlinə tətbiq üzrə menecer ştatlarının daxil edilməsi qərara alınıb.