Azedu.az

İngilis dili müəllimləri “Uğur üçün tədris” layihəsinə cəlb olunublar

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

26 Dekabr 2020, 14:52
İngilis dili müəllimləri “Uğur üçün tədris” layihəsinə cəlb olunublar

Təhsil Nazirliyi və "British Council" təşkilatının birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi həyata keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, paytaxt üzrə layihəyə cəlb olunan 74 ümumi təhsil məktəbinin ingilis dili müəllimləri üçün “Metodologiya” təlimləri keçirilib. “Uğur üçün tədris” layihəsinin məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin təkmilləşdirilməsi, müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması və beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platformanın yaradılmasından ibarətdir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox