Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-23 14:42:00
“Virtual məktəb”lə  bağlı zəruri təlimat – Sadə və vacib prosedur

 

 

“Virtual məktəb”də dərs prosesində şagirdlər cütlərə, yaxud kiçik qruplara bölünməklə araşdırma aparmaq, fikir yürütmək və ortaq nəticəyə gəlmək imkanları əldə edirlər.

 

 

AzEdu.az onlayn dərslər zamanı şagirdlərin kiçik qruplara bölünməsi barədə təlimatı təqdim edir:

 

 

İlk olaraq təqvim hissəsindən öncədən planlaşdırılan dərsə qoşulmaq lazımdır. Həmin anda burada neçə nəfərin iştirak etdiyini görmək mümkün olur. Dərsə daxil olduğumuz zaman mikrafon və kameranı aktiv edirik.

 

Şagirdləri kiçik qruplara bölmək üçün yuxarı paneldən kiçik otaq funksiyasına keçid edirik. Bu hissədə iki rejim: avtomatik və əl ilə rejimləri açılır. Avtomatik rejimi seçdiyimiz zaman qrup daxilindəki şagirdlər saya uyğun olaraq seçilirlər.

 

Yəni buradakı seçim sistem tərəfindən yaradılır. Qruplar room1, room2 başlığı altında mövcud olur. Biz həmin qrupların adlarını dəyişə bilərik. Otağın adını dəyiş funksiyası ilə həmin adları dəyişmək mümkündür.

 

 

Əl rejimi ilə olan funksiyaya keçmək üçün kiçik qrup yazısının qarşısında olan 3 nöqtəyə vurub, yenidən “yarat” əmrini seçmək lazımdır.

 

Burada yenidən seçmək rejimi bizə təklif olunur. Şagirdləri istəyə uyğun şəkildə 3 qrup halında qruplaşdırır və əl ilə rejim düyməsinə vururuq. Burada otaqlar yaradılır. Sonra “iştirakçıları təyin et” əmrinə keçid edirik və şagirdləri qruplar üzrə yerləşdiririk. Bunun üçün otaqları “başlat” əmrinə vururuq və şagirdlər həmin otaqlara keçid etmiş olur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları