Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-23 14:24:00
UNEC tədqiqatçısının elmi məqaləsi Avropanın nüfuzlu jurnalında nəşr edildi - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyevin həmmüəllifi olduğu elmi tədqiqat işi İsveçrənin “Energies” jurnalında nəşr olunub.

 

AzEdu.az xəbər verir ki, “Energy War Strategies: The 21st Century Experience” (Enerji müharibəsi strategiyaları: 21-ci əsr təcrübəsi) mövzusunda həsr olunan tədqiqat işinin məqsədi XXI əsrdə enerji müharibələrini yaradan səbəbləri tapmaq və onların təsirinin enerji asılılığı prizması baxımından müəyyənləşdirmək olub. Məqalədə enerji resurslarının 48 ölkə üzrə iqtisadi inkişafa təsiri qiymətləndirilib. Enerji müharibələrinin qısa (2025 qədər) və uzun müddətli dövr (2030 qədər) üçün optimistik, real və pessimist ssenarilərinin proqnozu təqdim edilib. Tədqiqat işində enerji resursları ilə zəngin olan ölkələr üçün qlobal enerji bazarında ən böyük təhdidin siyasi qeyri-sabitlik olduğu da göstərilib.