Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 12:34:00
DİM imtahanlardan milyonlar qazandı - Ekspert

Bu il DİM universitetlərin bakalavr pilləsinə keçirilən yaz-yay qəbul imtahanlarından və tam orta ixtisas təhsili üzrə imtahanlardan ümumilikdə 6 milyon 897 min 100 manat vəsait əldə edib.

AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, imtahanda ilk dəfə iştirak edənlərin bir ixtisas qrupu üzrə xidmət haqqı dövlət büdcəsindən ödənilsə də, bu vəsait bütün hallarda DİM-in hesabına daxil olur:

“I-IV ixtisas qrupu üzrə yaz imtahan sessiyası üzrə 2 milyon 552 min 720 manat, yay imtahan sessiyasında 2 milyon 327 min 80 manat, V qrup üzrə 1 milyon 905 min 920 manat əldə olunub. Tam orta ixtisas təhsili üzrə imtahanlardan isə 111 min 380 manat əldə edilib”.