Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 12:28:00
“Fəailiyyətimizi Zəngilanda davam etdirəcəyik” - Təhsil Şöbəsinin müdiri  

 

“Zəngilan Rayon Təhsil Şöbəsi Bakı şəhəri Nərimanov rayonunda yerləşir. Zəngilan məktəbləri isə bir neçə bölgədə, həmçinin paytaxtda fəaliyyət göstərir. 32 məktəbdən  biri Şirvanda, biri Sabirabadda, 6-sı Sumqayıtda, qalan 24-ü  isə Bakıdadır. Zəngilan rayonunda işğaldan öncə 67 məktəb, 946 müəllim fəaliyyət göstərib. Məktəblərdə 5948 şagird təhsil alıb”.

 

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Zəngilan RTŞ-in rəhbəri Kənan İmaməliyev bildirib. O, Zəngilan şəhəri və bir neçə kəndinin işğaldan azad edilməsi xəbərinin bu bölgədən olan insanlar arasında yaratdığı xoş əhvali-ruhiyyədən də danışdı:

 

 

“Ümid edirik tezliklə bütün Zəngilan torpaqları işğaldan azad edilər və biz fəaliyyətimizi orada davam etdirərik. Dünəndən xeyli telefon zəngləri gəlir və hər kəs xoş xəbərlə bağlı təəssüratlarını bölüşür. İnternet problemi mövcud olduğu üçün dünən onlayn iclas təşkil edə bilmədik. Eyni zamanda pandemiya şərtlərinə əsasən, toplu yığışmaq da qadağandır. Bu səbəbdən yalnız telefon vasitəsilə bütün zəngilanlılar bir-birini təbrik edə bildi”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları