Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 13:40:00
“Məktəbləri qapatmaq hazırkı dövrdə daha təhlükəlidir” - Ekspert

“Yeni tədris ili başlayanda bütün bu detallar - pandemiyanın məktəblilərə və müəllimlərə yoluxma təhlükəsi ilə bağlı narahatlıqlar və gözləntilər var idi. Tədris ilinin başlanğıcında gözləntilər özünü doğrultdu”.

 Bu barədə  açıqlamasında təhsil eksperti  İlqar Orucov deyib:

“Məktəblərin dezinfeksiya edilməsi, sanitar-epidemioloji vəziyyətin tam uyğunlaşdırılması, şagirdlər məktəbə daxil olmazdan öncə temperaturun ölçülməsi - bütün bu tədbirlər həyata keçirilirdi və keçirilməkdə davam edir”.

İ.Orucov qeyd edib ki, yoluxma məktəblərdə baş verməyib, cəmiyyətdə insanların bir çox hallarda məsuliyyətsizliyi pandemiyanın məktəblərə ayaq açmasına gətirib çıxarıb.
Şagirdlər və müəllimlər arasında virusa yoluxma hallarına rast gəlindi və bir neçə məktəb lokal şəkildə bağlandı.

Pandemiya səbəbindən məktəbləri qapatmaq hazırkı dövrdə daha təhlükəlidir.

Məktəbləri qapatmaqdansa, insanlar daha məsuliyyətli olsa, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara əməl etsə, müsbət nəticə almaq olar.

Təhsildən geri qalmış şagirdlərə mövzularda dəyişiklik etmədən, eləcə də məktəbdənkənar dərslərin keçirilməsi ilə çatışmazlığın aradan qaldırılması gözlənilir”. (modern)