https://www.zirve.edu.az/
26.09.2020 15:43
 İnsan nitqindən bunları  anlamaq mümkündür      

İnsanın danışığından yalnızlıq dərəcəsini qiymətləndirə bilən süni intellekt hazırlanıb.

 

AzEdu.az “Medical Xpress”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Kaliforniya Universiteti psixiatrları və IBM-in (Beynəlxalq Biznes Maşınları) əməkdaşları birgə hazırlayıblar.

 

Tədqiqatçıların süni intellektlə məşğul olmasına səbəb sərt karantin zamanı bir çox insanların, xüsusilə yaşlıların daha kəskin şəkildə tənhalığı hiss etməsi olub. Elə məhz buna görə süni intellekt onların üzərində sınaqdan keçirilib. Təcrübə zamanı alimlər 66 ilə 94 yaş arası 80 könüllünün hər biri ilə bir saat yarım müsahibə aparıblar. Təcrübə zamanı könüllülərin qeydə alınmış replikaları araşdırıb, nitqi incələyən süni intellekt vasitəsilə işləyiblər.

 

Məlum olub ki, süni intellekt tənhalıq səviyyəsini 94 % təyin edə bilib. Alqoritmlər bir qanunauyğunluğu da ortaya çıxarıblar: insan özünü nə qədər yalnız hiss edirsə, bir o qədər də birbaşa tənhalıqla bağlı suallara uzun cavab verib. Eyni zamanda qadın kişilərdən daha çox özlərini tənha hiss etdiklərini etiraf ediblər. Kişilər isə cavablarında əksərən “qorxulu və şən” ifadələri işlədiblər.

 

Alimlər süni intellekt üzərində daha da işləməyi planlaşdırırlar. Bəlkə, onda onu ahılların müayinəsi zamanı tətbiq etmək mümkün olacaq.