Azedu.az

Qubanın təhsil müəssisələrində monitorinqlərə başlanılıb - FOTOLAR

Orta təhsil

Maraqlı

23 Sentyabr 2020, 15:11
Qubanın təhsil müəssisələrində monitorinqlərə başlanılıb - FOTOLAR

Qubanın Qamqam kənd tam orta məktəbinin müəllim kollektivi arasında koronavirusa kütləvi yoluxma halı qeydə alınmasından sonra rayonun təhsil müəssisələrində monitorinqlərə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən monitorinqlər bütün məktəbləri əhatə edəcək.

 

Bununla yanaşı, rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış 140 mobil qrup da fəaliyyət göstərir. Dörd nəfərdən ibarət qruplar rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq maarifləndirmə və izahat işləri aparırlar. Rayonda əhalinin çox toplaşdığı bütün yerlərdə, idarə, müəssisə, təşkilatların, ictimai-iaşə obyektlərinin binalarında və nəqliyyat vasitələrində müvafiq maarifləndirici materiallar yerləşdirilib.(Azərtac)

TƏCİLİ! Xəzərdə faciə - Hərbçilər ö*ldü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox