Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 13:30:00
TƏBİB: Uşaq bağçalarının açılmasından ehtiyat etmirik

“Məktəbyaşlı uşaqlarda koronavirus yüngül olur. Belə olan halda uşaqların bir yerə toplaşmasından və uşaq bağçalarının açılmasından ehtiyat edilmir”. 

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

 

O bildirib ki, uşaqların infeksiyaya yoluxması sadəcə virusun yayılma mənbəyi ola bilər: “Ona görə də bağçaların açılması zamanı sıxlığın azaldılması əsas şərt olacaq. Bağçalara uşaqların gediş-gəlişi də könüllülük əsasında olacaq”.

 

Report