Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-06 15:19:00
Almaniyada yay tətili bitdi, məktəblərin bir hissəsi açıldı-Maska taxmaq məcburi deyil

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın az əhalisi olan  Mecklenburg-qərbi Pomeranya əyalətində yay tətilindən sonra məktəblərin açıldığı ilk bölgə oldu. almaniyada bütün məktəblər eyni anda tətilə çıxmadığı üçün eyni vaxtda da başlamır. Bunu ictimai nəqliyyata nəzarət üçün edirlər. 563 məktəbin 152700 şagirdi martda məktəblərin qapadılmasından sonra ilk dəfə ənənəvi təhsilə davam edəcək. Məktəblərdə fiziki tərbiyə və musiqi dərsləri də daxil olmaqla bütün fənnlər tədris olunacaq. Məktəbin açıldığı əyalətlərdə ciddi gigiyenik qaydalara əməl olunması tələb olunur. Məktəbdə pilləkanlarla çıxan şagirdlərdən dəstəklərə əl vurmadan çıxmaları tələb olunur. Spirti lazım olanda və saf halda deyil, suya qarışdıraraq istifadə etmək tövsiyə olunur. Maska taxmaq məcburi deyil. Bütün məktəb heyəti ödənişsiz koronavirus testindən keçəcək.

 

Əyalətdəki 13000 müəllimdən 400-ü yüksək risk qrupunda olduğu üçün evdən çalışacaq. Hökumət tərəfindən bu əyalət üçün 10 min avroluq yardım paketi də ayrılıb. Ehtiyacı olan şagirdlərə komputer və digər texniki cihazlar alınacaq.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları