Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-13 17:17:00
Çoxdan gözlənilən vacib qərarlar, MİQ və sertifikatlaşdırmanın keçirilmə vaxtı – Təhsil icmalı

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə - 6-12 iyul tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Bu məzunlar buraxılış imtahanı vermədən attestat alacaqlar

 

 

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici universitetlərdə davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

 

 

I sinfə qəbulu üçün məktəb seçiminə start verilib

 

 

Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə iyulun 8-i saat 11:00-dan start verilib.

 

 

Peşə təhsili alanlara subbakalavr dərəcəsi veriləcək

 

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində avtomobil diaqnostikası, təmiri ustası, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə təhsil alanlara subbakalavr dərəcəsi veriləcək.

 

 

MİQ-in keçirilmə vaxtı nə zaman bilinəcək?

 

 

“MİQ-in keçirilmə vaxtı və formatı  ilə bağlı nəticələr əldə edildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.

 

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

 

Baş nazir illik təhsil xərclərini təsdiqlədi

 

 

Əli Əsədov ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı təsdiq edilib

 

 

Sertifikasiya hansı tarixdə keçiriləcək?

 

 

“Qanunvericiliyə əsasən, MİQ müsabiqəsindən keçərək işə qəbul olunan müəllimlərdən ilk 5 il ərzində sertifikasiyadan keçmələri tələb olunmur. Digər müəllimlər üçün sertifikasiya 5 ildən bir keçirilir. 2020-ci ilin sonlarından sınaqlara başlanacaq və 2021-ci ildə sertifikasiya prosesi həyata keçiriləcək. Lakin 1 il ərzində bütün müəllimləri əhatə edə bilməyəcək. İlkin mərhələdə müəllimlərin bir qismi  bəlli bir ardıcıllıqla bu prosesə qoşulacaqlar. Ola bilər ki, 2021-ci ildə sertifikasiya bölgələrdən və hansısa fənlərdən  başlasın. Bu istiqamətdə hazırlıq işləri həyata keçirilir. Bir neçə ay öncədən ətraflı məlumat veriləcək”.

 

 

Bunu Təhsil Naziri Ceyhun Bayramov müəllimlərin iştirakı ilə keçirilən onlayn forumda deyib.

 

 

Təhsil Naziri MİQ-lə bağlı vacib detalları açıqlayıb

 

 

“Təhsil Nazirliyinin bu işlə məşğul olan komandası hazırda iş başındadır. Bütün təhlillər həyata keçirilir. Hansı proseslərə ki başlamaq mümkündür, bu haqda yaxın günlərdə məlumat veriləcək. 1 həftə ərzində qeydiyyat prosesinə start veriləcək. MİQ imtahanları həyata keçiriləcək, çünki rəqabətdən keçərək işə qəbul olunan müəllimlər təhsil sistemi üçün prioritet məsələlərdən biridir. İnsanların təhlükəsizliyini və sağlamlğını qorumaq şərti ilə bunu həyata keçirmək üçün hazırda işləyirik”.

 

 

Bunu Ceyhun Bayramov müəllimlərin iştirakı ilə keçirilən onlayn forumda səsləndirib.

 

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

 

 

2020-2021-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu növbəti həftədən başlayacaq.

 

 

Bu il müsabiqənin test mərhələsinin ölkənin bir neçə şəhər və rayonlarında, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.

 

 

MİQ müsabiqəsində suallar belə bölünəcək

 

 

“10 sual metodika, 10 sual isə pedaqogika üzrə bölüşdürülməyəcək. Çünki burda üçüncü məzmun sahəsi-hüquqi savadlılıq var. Müəllim olmaq istəyən şəxs təhsil qanunvericiliyi ilə bağlı sənədləri oxumalıdır. Bura Təhsil Qanunu, Ümumtəhsilin Nizamnaməsi və s sənədlər daxildir. Qiymətləndirmə çərçivəsində bütün bunlar qeyd olunub.

 

 

Sadəcə bu o deməkdir ki, müəllim qanunvericiliklə bağlı məsələlərdən məlumatlı olmalıdır. Sualların sayı 3 olacaq”.

 

 

Bunu TİPİİ-nin direktoru Nəzakət Mehdiyeva deyib.

 

 

Müsabiqədən  keçən subbakalavrlar dövlət sifarişi əsasında təhsil ala biləcəklər

 

 

Subbakalavrların ixtisas seçimi abituriyentlərlə eyni vaxtda-qəbul imtahanları başa çatdıqdan sonra aparılacaq. İxtisas seçimi jurnalı isə hələ çapdan çıxmayıb.

 

 

Baş Nazir təhsil sahəsi ilə bağlı qərar verdi

 

 

Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları