Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 16:29:00
İnsandan 1000 dəfə sürətli işləyən robot alim hazırlanıb

İngiltərənin Liverpool şəhərinin alimləri aylarca üzərində çalışacaqları təcrübələrini bir neçə gün ərzində tamamlamaq potensialına sahib robot alim hazırlayıblar. Sözügedən robot süni zəka ilə avtonom olaraq təcrübələr edə bilir.

 

AzEdu.az xəbər verir ki, süni zəkanı dəstəkləyən alqoritmlə işləyən robot alim həqiqi bir insana bənzər ölçülərə malikdir. Bir kimyaçı kimi standart laboratoriyada işləyə bilən robot artıq yeni katalizator da tapıb.

 

Robot alim bir insandan fərqli olaraq gündə 21 saatdan çox işləyə bilər və yalnız şarj üçün fasilə edir.

 

Bu o deməkdir ki, insanların həftələrlə işləyəcəyi təcrübələr robot alimi tərəfindən bir neçə gündə tamamlana bilər.

 

Robot alim səkkiz gün ərzində 688 təcrübə həyata keçirib və altı dəfə daha aktiv bir katalizatorun avtonom olaraq kəşf edib. 

 

Bütün bunları edərkən bərk maddələrin çəkilməsi, mayelərin tökülməsi, havanın ayrılması, katalitik reaksiya aparılması və reaktiv məhsulların miqdarının ölçülməsi kimi tapşırıqları yerinə yetirdi.

 

Tərtibatçıların fikrincə robot insanlardan 1000 dəfə daha sürətli işləmək potensialına malikdir. Ancaq bunun üçün hələ təcrübələri izləyərək robotun minimum səhv həddinə çatması lazımdır.