Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-08 11:03:00
Araşdır, əsaslandır, inandır və I Respublika Virtual Debat Çempionatının qalibi ol!

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “COVID-19” pandemiyası mövzu istiqamətində iyul-avqust aylarını əhatə edən “I Respublika Virtual Debat Çempionatı” keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, layihənin məqsədi debat vasitəsilə “COVID-19” pandemiyası dövrü barədə gənclərin biliklərinin, araşdırma qabiliyyətinin artmasına şərait yaratmaq, natiqlik bacarıqlarını inkişaf etdirmək və birlik, komanda ruhu formalaşdırmaqdır.

 

Virtual çempionatın iştirakçılarını nələr gözləyir?

 

- onlayn debat, natiqlik təlimləri;

- debat mövzusu üzrə ekspert görüşləri;

- debat turnirinin həyəcan dolu oyunları;

- sertifikat və fərqlənən iştirakçılar üçün hədiyyələr;

 

Siz də bu böyük virtual debat çempionatının bir iştirakçısına çevrilmək, natiqlik, inandırma, araşdırma bacarığınızı inkişaf etdirmək, “I Respublika Virtual Debat Çempionatı”nın qalibi olmaq istəyirsinizsə, elə indi qeydiyyatdan keçin!

 

Qeydiyyat üçün: www.virtual.debate.az

 

Son qeydiyyat tarixi: 21.07.2020, saat 17:00

 

Qeyd edək ki, iştirakçıların təlimlərdə fərdi iştirakı mümkündür. Təlim və görüşlərdən sonra debat turnirində iştirak etmək üçün isə 3 nəfərdən ibarət komanda formalaşdırıb, qeydiyyatdan keçirilməlidir. “ZOOM” platforması üzərindən “Karl Popper Debatı”nın virtuala uyğunlaşdırılmış formatında keçiriləcək turnirin mövzuları öncədən paylaşılacaq.